Buketin

Bir gülün ömrü üç gündür

Problem

Gül tez xarab olan maldır. Aviabilet, otel otağı, restoran masası ilə eyni kateqoriyadadır: bu gün satılmasa, sabah dəyəri sıfırdır. Bakıdakı gül mağazaları hər axşam bu itki ilə üzləşir.

İnsanlar da eyni vəziyyətə düşür. Hədiyyə alınmış 101 gül evə apara bilmədiyin üçün əlində qalır. Tədbir təxirə düşür. Köçürsən və bitkilərini apara bilmirsən.

İndiyə qədər necə həll olunurdu

Telegram qrupları ilə. Mağazalar axşama yaxın qalıq malı maya dəyərinə ora atırdı. Bu işləyirdi — deməli tələb var. Amma qrupda axtarış yoxdur, qiymətə görə süzgəc yoxdur, rayon yoxdur, və elan satılandan sonra da orada qalır.

Buketin nə edir

Biz həmin davranışı götürüb ona quruluş veririk. Hər elanın qiyməti, rayonu və ömrü var. Vaxt bitəndə elan avtomatik silinir — çünki köhnə elan elansızlıqdan pisdir.

Yeni elanlar Telegram kanalımıza avtomatik düşür. Bildiriş gəlir, linkə basırsan, satıcı ilə birbaşa danışırsan.

Buketin alqı-satqının tərəfi deyil. Onlayn ödəniş, kart, komissiya, çatdırılma — heç biri yoxdur. Biz sadəcə elanı sənə çatdırırıq, qalanını satıcı ilə özün həll edirsən.

Kimlər üçün

Harada işləyirik

Hazırda Bakıda. Elan vermək bütün Azərbaycandan mümkündür, amma diqqətimizi Bakıya yönəldirik — çünki gül lokal maldır və seyrək şəhərdə platforma işləmir.